Ordu.az “İndependent”ə istinadən xəbər verir ki, Cənubi Koreyadakı Şimali Koreyanın gimnast qızları ilə eyni vaxtda ABŞ-ın F-22 “Raptor” və F-35 “Lightning” qırıcıları Okinavada sinxron danslarını həyata keçirir.
Məlumata görə, uçuşlar təlim xarakterlidir və Kim Çen Inın havadan müdafiəsinə qarşı imkanların gücləndirilməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, Koreyalararası yaxınlaşma sezilsə də, Yaponiya Şimali Koreya raketlərinin hələ də özünə doğru istiqamətləndiyini və Kim Çen Ina etibar edilməməli olduğunu düşünür.
Ağalar Ağalarlı
Ordu.az