Husilər koalisiya qüvvələrinə qarşı hücumlarını artırıb

2018/02/husiler-seud-qiricisini-vurdular-1155234534_1514202222_1518864048.jpg
Oxunub: 4175     19:39     17 Fevral 2018    
Husilər Səudiyyə Ərəbistanının başçılığı altında Yəməndə qiyamçılara qarşı vuruşan koalisiya qüvvələrinə qarşı həyata keçirdikləri hücumları şiddətləndirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, son 24 saat ərzində Yəmənin Nəcran vilayətində Səudiyyə əsgərlərinin kampına edilən hücum nəticəsində onlarla əsgərin həlak olduğu bildirilir.

Vilayətin Əlib dağı yerləşən hissələrində baş tutan ağır döyüşlər bir neçə saat davam edib.

Xatırladaq ki, daha öncə də ölkənin Cizən və Əsir vilayətində qiyamçıların ağır artilleriya və raketlərlə koalisiya qüvvələrini atəşə tutduğu bildirilirdi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Koalisiya-qüvvələri   Yəmən  


Bizi "telegram"da izləyin