Rusiya Krımda raket sistemləri ilə təlimlər keçir

2018/02/76567567_1518857869.jpg
Oxunub: 1850     17:01     17 Fevral 2018    
Rusiya donanmasının Qara dəniz filotiliyasının “Bastion” və “Bal” raket heyəti Krımda dəniz hədəflərini məhv etmə təlimlərini həyata keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Krım sınaq poliqonunda “Bastion” və “Bal” gəmi əleyhinə sahil raket sistemlərinin personalı raket zərbələri həyata keçirmə üzrə praktiki qabiliyyətlərin təkmilləşdirilməsi üçün təlimlər həyata keçirir”, - deyə mətbuat xidmətinin bəyanatında qeyd edilib.

Qeyd edək ki, sözügedən raket sistemləri 120-600 kilometr mənzildə hədəfləri vurma imkanına malikdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Krım   Təlimlər  


Bizi "telegram"da izləyin