Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda baş tutan Cənədriyə festivalında xüsusi təhlükəsizlik qüvvələri ən son ləvazimatları nümayiş etdirib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əsas nümayiş etdirilən vasitələr partlayıcı qurğuların zərərsizləşdirilməsində istifadə edilən yüksək texnologiyalı cihazlar olub.
Bunlara X-ray aşkarlama və yoxlama sistemi, radioaktiv maddələrin və metalların aşkarlanmasında istifadə edilən G-skan sistemlər və qabaqcıl robotlaşdırılmış cihazlar daxildir.
Ağalar Ağalarlı
Ordu.az