Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, büdcə planına görə İraq və Suriyada ümumilikdə 6000 əsgərin saxlanması nəzərdə tutulub.
İŞİD-in demək olar ki, hər iki ölkədə məğlub edilməsinə baxmayaraq qoşunların eyni səviyyədə saxlanmasının planlaşdırılması isə birmənalı qarşılanmayıb.
Qeyd edək ki, büdcədə İŞİD-ə qarşı mübarizə aparan koalisiya üçün ümumilikdə 15.3 milyard dollar vəsait ayırılması istənilir. Bunun 1.4 milyard dolları ABŞ-ın yerli müttəfiqlərinə təlimlər keçmək və təchiz etmək üçün nəzərdə tutulub.
Ağalar Ağalarlı
Ordu.az