Ordu.az “Telegraph” agentliyinə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə naziri Qavin Uilyamson bildirib.
Onun sözlərinə görə, Kral Donanmasının sualtı gəmi əleyhinə freqatı olan “HMS Sutherland” gələn ay Avstraliyadan evə dönərkən dənizçiliyin sərbəstliyini müdafiə etmək məqsədilə Cənubi Çin dənizindən keçəcək.
Birləşmiş Krallığın bu qərarı son zamanlarda gərginliyin artdığı ərazidə mübahisələri bir az da qızışdıra bilər. Çünki Tayvan, Filippin, Bruney, Malayziya və Vyetnamın etirazlarına baxmayaraq, Çin ərazidəki bütün strateji sulara iddia edir.
O, daha öncə eyni məqsədlə dənizdən keçən ABŞ gəmilərinə də sərt reaksiya verib və öz döyüş gəmilərinə əraziyə göndərib.
Ağalar Ağalarlı
Ordu.az