ABŞ Avropaya BMP, raket və zirehli transpartyorlar yönləndirəcək

2018/02/670_1518499633.jpg
Oxunub: 4509     13:19     13 Fevral 2018    
“Birləşmiş Ştatlar Avropa çəkindirmə təşəbbüsü çərçivəsində 2019-cu maliyyə ilində Avropa ölkələrinə ən azı 1,3 milyard dollar civarında hərbi texnika yerləşdirmək niyyətindədir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Amerika Quru Qoşunların Büdcə Planlaşdırılması Bölməsinin rəhbəri Devis Uelş bəyan edib.

Onun sözlərinə görə, büdcə planı Avropaya 455 milyon dollara 40 ədəd “Abrams” tankı, 260 milyon dollara 61 ədəd MSE raketi, 230 milyon dollara 66 ədəd çoxməqsədli zirehli transportyor, 205 milyon dollara 61 ədəd “M2 Bradley” maşını və 171 milyon dollara HIMARS rakatlərinin yerləşdirilməsini nəzərdə tutur.

Lakin Uelş bu hərbi texnikanın məhz hansı Avropa ölkəsi və ya ölkələrinə yerləşdiriləcəyinə aydınlıq gətirməyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa   Hərbi-texnika  


Bizi "telegram"da izləyin