Latviya SQ rəhbəri: “Rusiya hərbi texnikası barədə məlumat informasiya müharibəsidir”

2018/02/IMG-20180212-WA0006_1518459054.jpg
Oxunub: 2762     02:34     13 Fevral 2018    
“Rusiya hərbi texnikasının Latviya sərhəddində yerləşdirilməsi, o cümlədən Kalininqrad vilayətinə “İsgəndər” operativ taktiki komplekslərinin yerləşdirilməsi ölkə üçün təhlükə kəsb etmir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Latviya Milli Təhlükəsizlik Qüvvələrinin komandanı Leonidis Kalnınş bəyan edib.

“Əsas nəticəni nəzərə almalıyıq – bizim yanımızda intensiv şəkildə öz silahlı qüvvələrini inkişaf etdirən qonşu var. Lakin bizim sərhədlərimiz yaxınlığında hərbi texnikanın, həmçinin Kalininqrad vilayətində “İsgəndər” raketlərinin yerləşdirilməsini Latviyanın təhlükəsizliyi üçün ciddi təhlükədən daha çox informasiya müharibəsi kimi qəbul etmək lazımdır”, - deyə Kalnınş bildirib.

O qeyd edib ki, son dövrlərdə Rusiyanın Latviya Silahlı Qüvvələrinin fəaliyyəti və inkişaf tendensiyalarına marağı artıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Litva  


Bizi "telegram"da izləyin