Yəməndəki Koalisiya qüvvələri husilərə aviazərbələr endirib

2018/02/IMG-20180212-WA0004_1518453908.jpg
Oxunub: 2596     00:39     13 Fevral 2018    
Səudiyyə Ərəbistanın rəhbərliyi altında Yəməndə mübarizə aparan koalisiyanın Hərbi Hava Qüvvələri husi qiyamçılarının mövqelərinə yeni aviazərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyat Yəmənin Səda vilayətinin müxtəlif hissələrində baş tutub.

Haydan rayonunda yerləşən Məran dağlarına, sərhəddəki Razi rayonunun Azur bölgəsində endirilən aviazərbələr nəticəsində qiyamçılara məxsus bir neçə hədəf məhv edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Ərəb-koalisiyası  


Bizi "telegram"da izləyin