Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, Putin bu istəyini Netanyahu ilə telefon danışığında dilə gətirib.
O, hərbi addımların atılmasının region üçün təhlükəli nəticələr doğuracağını bildirib.
Qeyd edək ki, şənbə günü səhər saatlarında İran dronunun Suriya ərazisindən İsrail hava fəzasına daxil olmasından sonra yüksələn təzyiq İsrail HHQ-yə məxsus bir ədəd F-16-nın qəzaya uğraması ilə nəticələnib. Eyni zamanda İsrail Suriya ərazisində İran və Suriyaya məxsus 12 hədəfin məhv edildiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az