Hindistan və Oman müdafiə üzrə əməkdaşlıq sahəsində müqavilə imzalayıb

2018/02/212344_1518441985.jpg
Oxunub: 1762     21:32     12 Fevral 2018    
Hindistan və Oman müdafiə, tibb və kosmosun dinc məqsədlərlə mənimsənilməsi sahəsində 8 müqavilədən ibarət paket imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Müqavilələr Hindistan baş naziri Narendr Modinin Omanın paytaxtı Məsqətə baş tutan səfəri çərçivəsində imzalanıb.

Qeyd edilir ki, bu gün Modi Oman baş nazirinin beynəlxalq əməkdaşlıq üzrə müavini Ədəb ibn Tarik əl-Səid, həmçinin baş nazirinin Nazirlər Kabineti üzrə köməkçisi Fəhd ibn Mahmud əl-Səidlə görüşəcək.

Daha öncə Modi Oman sultanı Kabus ibn Səid əl-Səidlə görüşüb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan-Oman   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin