“Thales” kibertəhlükəsizlik üzrə satışları artırmağı planlaşdırır

2018/02/cybels-intelligencebernard-rousseau-jpg45745_1518441490.jpg
Oxunub: 1620     21:15     12 Fevral 2018    
Fransa müdafiə və elektron cihazlar qrupu “Thales” 2017-ci ildə kibertəhlükəsizlik biznesində ciddi artım göstərdi. Kompaniyanın cari məqsədi bu il ərzindən həmin tendensiyanı davam etdirməkdir.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri şirkətin icracı direktoru Laurent Mauri səsləndirib.

Maurinin sözlərinə görə, sözügedən sahə üzrə keçən il təqribən 900 milyon avro (1,1 milyard dollar) satış həyata keçirilib. Bu rəqəm bir öncəki ildən 200 milyon avro çoxdur. O, bu il satışlarının daha 10% artacağının gözlənildiyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Thales   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin