Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pakistan Baş Qərargah rəisliyindən verilən bəyanatda tərəflərin sərhəd idarəçiliyini müzakirə etdikləri bildirilib.
“Görüş zamanı ortaq maraqlar və Pakistan-İran sərhəd idarəçiliyi məsələləri müzakirə edilib”, - deyə ordunun mətbuat xidməti bildirib.
Bu İran səfiri ilə Pakistan Baş Qərargah rəisinin dördüncü görüşüdür. İlk görüş 2017-ci ilin martında İran prezidenti Həsən Ruhaninin İƏT Sammitində iştirak məqsədilə İslamabada səfərindən qısa müddət sonra baş tutub. Sonrakı görüşlər ötən ilin aprelində və oktyabrında həyata keçirilib.
Ağalar Ağalarlı
Ordu.az