Səudiyyə Ərəbistanı-Pakistan birgə dəniz təlimləri başlayıb

2018/02/456456_1518439038.jpg
Oxunub: 3395     20:40     12 Fevral 2018    
Dünən Fars körfəzində Pakistan donanması və Kral Səudiyyə Dəniz Qüvvələri arasında ortaq dəniz təlimləri başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlər Kral Əbdüləziz Dəniz Bazasının şərq qanadında həyata keçirilir.

“Bu təlimlərin keçirilməsində məqsəd təcrübə mübadiləsinin həyata keçirilməsi, döyüş hazırlığının yaxşılaşdırılması və iki ölkə arasında əməkdaşlığı gücləndirməkdir”, - deyə Kral donanmasının şərq filotiliyasının admiralı Ləfi ibn Hüseyn əl-Hərbi bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı-Pakistan   Təlimlər  


Bizi "telegram"da izləyin