Kosmosun, yoxsa planetin fəthi: Baykanur necə tikildi?

2018/02/532748x630x0_1518390222_1518436219.jpg
Oxunub: 1366     15:48     12 Fevral 2018    
12 fevral 1955-ci ildə SİKP MK və SSRİ Nazirlər Şurasının Müdafiə Nazirliyinin 5 nömrəli elmi-tədqiqat sınaq poliqonun yaradılması barədə qərarı qəbul olunub. Bu qərarla Baykanur – planeti ilk kosmodromu yarandı. Planetin ilk peyki, ilk kosmonavtı və ilk aya ayaq basan maşınları öz başlanğıclarını buradan götürüblər.

Gizli poliqon

1950-ci illərin əvvəllərində Sovet raketlərinin sınaqları Həştərxan vilayətində yelrəşən “Kapustin Yar” poliqonunda həyata keçirilirdi. Hidrogen bombasının çatdırılması üçün nəzərdə tutulan R-7 qitələrarası ballistik raketinin sınaqdan keçirilməsi ilə hərbçilərə daha uzaqdan yerləşən daha bir poliqon lazım oldu.

1954-cü ildə kosmodromun tikilməsi üçün yer seçimi üzrə dövlət komissiyası yaradıldı. Komissiya bir neçə variantı nəzərdən keçirdikdən sonra Aral dənizinin şərqində - Baykanur kəndindən yüzlərlə kilometr məsafədə və Moskva-Daşkənd dəmir yolunun bir neçə kilometrliyindəki Qazaxıstan səhrasının seçilməsi variantı üzərində dayandılar.

Təklif olunan yer dərhal bir neçə üstünlüyü ilə diqqəti cəlb etdi – yaxınlıqda insanların yaşaması, bu isə qanadlı raketlərin yaşayış məntəqələrinə düşməsi riskini minimal həddə endirirdi; bu ərazidə il ərzində 300-dən çox günəşli günün olması və ən əsası raketlərin buraxılmasında əlavə olaraq Yerin fırlanma sürətindən istifadə etməyə imkan yaradan ekvatora yaxınlıq.

1594-cü ilin dekabrında bu ərazidə tərkibinə müxtəlif ixtisaslar üzrə peşəkar olan hərbçilərin işlədiyi ekspedisiya iş aparırdı. Onların arasında “Kapustin Yar” poliqonundan olan raket mühəndisləri, qurucu-layihələndiricilər, Müdafiə Nazirliyinin 4 nömrəli elmi tədqiqat poliqonundan olan alimlər, hərbi həkimlər, radiodalğaların yayılması üzrə mütəxəssislər, topoqraflar və geoloqlar var idi.

İlk öncə yeni obyekti gizliliyin qorunması üçün “eksperimental diapazon” adlandırdılar. Ərazini bunun ardınca “Tayqa”, bir müddət sonra isə “Zarya” adlandırdılar. 1955-ci ildə Moskva-Daşkənd dəmir yolunun əraziyə ən yaxın dayanacağı olan Tyura-Tam stansiyasına bazanın yaradılması üçün qurucu-hərbçi briqadaları gəldilər.

Əsrin tikintisi

1955-ci ilin aprelindən iyununadək ərazidə xeyli sayda texnikanın istifadəsi ilə 8 hərbi quruculuq batalyonu yeni poliqon kompleksinin yaradılmasını həyata keçirdilər. Tikintinin əsas obyektləri qitələrarası ballistik raketlər üçün uçuş qurğusu və kosmodromun texniki binaları idi.

20 iyul 1955-ci ildə ərazidə 1 nömrəli başlanğıc meydanasının yaradılması üzrə işlərə başlandı. Yalnız ilk başlanğıc meydanmasının yaradılması üçün hərbçilərə 45 metr dərinliyə, 250 metr uzunluğa və 100 metrdən çox enə malik özül lazım oldu. Bu, bir milyon kub metr qruntu qaldırmaq və onun yerinə 30 min kub metr betonu doldurmaq demək idi.

Hərbçi-qurucular xeyli sayda çətinliklərlə qarşılaşdılar. İşçilər əvvəlcə çadırlarda yaşayır, yerli sərt iqlimlə mübarizədə böyük problemlərlə üzləşirdilər. Daha bir çətinlik isə mütəxəssislərin belə bir obyektin yaradılması üzrə təcrübəyə malik olmamasıydı – axı bu, dünya tarixində ilk belə kompleks idi. Lakin buna baxmayaraq onlar qarşısında qısa zaman çərçivəsində kosmodrom yaratmaq tapşırığı qoyulmuşdu.

Bütün işlər sutka ərzində davam edirdi. İlk buraxılış meydançası artıq 4 aydan sonra hazır idi. Həmçinin montaj-sınaq korpusu da nəzərdə tutulan vaxtda təhvil verildi. 1956-cı ilin dekabr ayında ilk kosmik limanın tikintisi tamamlandı.

Tikintidə eyni anda 4 mindən çox insan iştirak etdi. Mümkün rəqibi yanıltmaq üçün Baykanur kəndinin yanında da bir kosmodrom tikildi və gələcəkdə kosmodroma məhz bu kəndin adı verildi.

5 may 1957-ci ildə kosmik əsrin quruculuq simvolu üzərində bütün işlər yekunlaşdı – xüsusi komissiya poliqonun ilk buraxılış meydançasını qəbul etdi və artıq mayın 15-də R-7 qitələrarası ballistik raketinin sınağı həyata keçirildi. Doğrudur, sınaq uğursuz oldu, lakin avqustun 21-də ilk uğurlu buraxılış həyata keçirildi.

Ulduz limanı

Baykanurda kosmik era öz başlanğıcını 4 oktyabr 1957-ci ildən götürür – məhz bu gün Sovet mütəxəssisləri orbitə dünya tarixində ilk süni peyki PS-1-i çıxardılar. Cəmi bir ay sonra isə artıq canlı varlıq – Layka iti ilə ikinci peyk kosmosa göndərildi.

19 avqust 1960-cı ildə Belka və Strelka itlərinin kosmosa göndərildiyi “Sputnik-5” aparatı planet ətrafında 17 dəfə burularaq dövrə vurduqdan sonra heyvanlarla birlikdə Yerə qayıtdı.

Nəhayət 12 aprel 1961-ci ildə Baykanurdan ilk kosmonavt – Yuri Qaqarinin içərisində olduğu “Vostok” kosmik gəmisinin buraxılışı həyata keçirildi. Məhz bu hadisədən sonra kosmodrom rəsmi şəkildə “Baykanur” adını aldı.

Kosmodromun faəliyyətdə olduğu müddət ərzində oradan müxtəlif təyinatlı 1500 kosmik aparatın buraxılışı həyata keçirilib. 2016-cı ilədək Baykanur il ərzində kosmosa həyata keçirilən buraxılışlarda dünya üzrə ilk pilləni tuturdu.

Həmçinin kosmodromda paralel olaraq ən azı 38 yeni raket tipinin sınağı da gerçəkləşdirilib.

Maraqlıdır, görəsən, Sovet İttifaqı rəhbərliyi Baykanuru yaradarkən onlar üçün hansı hədəf daha önəmli idi – kosmos, yoxsa Yer planetinin fəthi?

Ağalar Qəribov
Ordu.az

Teqlər: Baykanur   Rusiya  

Xəbər lenti

Kosmosun, yoxsa planetin fəthi: Baykanur necə tikildi?

2018/02/532748x630x0_1518390222_1518436219.jpg
Oxunub: 1367     15:48     12 Fevral 2018    