Yüngül reaktiv hücum təyyarələri - “Alpha Jet” (ARAŞDIRMA)

2018/02/456456_1518435188.jpg
Oxunub: 2674     19:22     12 Fevral 2018    
"Alpha Jet" yüngül reaktiv hücum və təlim təyyarəsi, alman şirkəti "Dornier" və fransız şirkəti "Dassault-Breguet" tərəfindən hazırlanıb. Həmçinin “Dassault/Dornier Alpha Jet” kimi də tanınır. Təyyarə 1970-ci illərin əvvəllərində yaradılıb, lakin yaşına baxmayaraq hələ də bir çox ölkələrin hərbi hava qüvvələri tərəfindən geniş istifadə olunur. 1973-cü ildən 1990-cı ilədək olan istehsal dövründə bütün modifikasiyalarda cəmi 480 ədəd "Alpha Jet" təyyarəsi hazırlanıb.

1969-cu ilin sonunda Almaniya Federativ Respublikası ilə Fransa arasında yeni səsə yaxın sürətə malik yüngül mühərrikli döyüş təyyarəsinin hazırlanmasıyla əlaqədar birlikdə işləmək üçün razılıq əldə edildi. Başlanğıcda yeni təyyarə həm təlim, həm də yüngül hücum təyyarəsi kimi istifadə oluna bilərdi. "Dornier P.375" və "Breguet Br.126" layihələri birləşdirilərək "Alpha Jet" adlı yeni hücum təyyarəsinin layihəsi hər iki ölkənin mühəndisləri tərəfindən işlənib hazırlandı. İlkin planlara görə, layihəyə qatılan ölkələrin hər biri bu tipdən olan 200 ədəd təyyarə inşa etməyi planlaşdırırdı. Təyyarənin inşası hər iki ölkədə "Dassault və Dornier" şirkətlərinin zavodlarında həyata keçirilməli idi. Əvvəlcə, yüngül hücum təyyarəsinə F-5 qırıcılarında və T-38 təlim təyyarələrində istifadə edilən Amerikanın "General Electric" şirkətinin J85 mühərrikləri qoymaq planlaşdırılırdı, lakin Fransa tərəfi öz istehsalı olan 1350 kqs dartı qüvvəsinə malik olan "Larzac 04-C6" mühərriki quraşdırılmasında israr edə bildi.

Təyyarənin bir raketlə məhv edilməsini önləmək üçün mühərrikləri mümkün olduğu qədər kənarlara yerləşdirdilər. Yüngül hücum təyyarəsi "Alpha Jet"ə qoyulan tələblər Avropa teatrında ehtimal olunan döyüşlərin xüsusiyyətlərinə əsaslanaraq hazırlandı. Avropada o zaman Sovetlərə məxsus bir çox zirehli texnika, özüyeriyən zenit artilleriya kompleksləri və mobil ZRK-lar mövcud idi. Bu təyyarələr sürətli və dinamik müxtəlif zirehli vasitələrdən kütləvi istifadə, daimi düşmənin desant qüvvələri ilə mübarizə və onun ehtiyatlarının yaxınlaşmasını əngəlləmək şəraitində tətbiq etmək üçün nəzərdə tutulurdu.

"Alpha Jet" 1B Belçika Hərbi Hava Qüvvələri

"Alpha Jet"in ilk uçuşu 1973-cü ildə reallaşdı, dörd il sonra təyyarə Fransa Hava Qüvvələrinə və bir müddət sonra Almaniya Hava Qüvvələrinə təhvil verildi.

Şassi açıq vəziyyətdə yüngül hücum təyyarəsinin minimum praktiki sürəti 157 km/saat idi.

İlk seriya istehsalı olan "Alpha Jet E" təlim təyyarələri 1977-ci ildə Fransa HHQ silahlanmaya qəbul edildi. "Alpha Jet A" döyüş təyyarələri isə altı ay sonra "Luftvaffe"də göründü. Alman Hava Qüvvələri təyyarənin bir hissəsi kimi qırıcı-bombardmançı "Fiat" G-91 təyyarələrini, Fransa Hava Qüvvələri isə köhnə təlim təyyarəsi CM-170 və "Lockheed" T-33 təyyarələrini əvəz etmək üçün nəzərdə tutulurdu. Fransa Hava Qüvvələri və Almaniya Federal Respublikasında istismara verilən təyyarələr, avionika və silahların tərkibinə görə əhəmiyyətli fərqlərə malik idi. Fransızlar ilk növbədə sadə təlim vasitəsi kimi, yeni iki nəfərlik səsə yaxın sürətə malik təyyarənin istifadəsinə etibar etdilər. Almanlar öz növbəsində, düşmən zirehli nəqliyyat vasitələri ilə mübarizə aparmaq üçün istifadə edilə bilən yüngül hücum təyyarəsinin alınması ilə maraqlandılar. Bu baxımdan, alman maşınları daha qabaqcıl silah və naviqasiya sisteminə sahib idi. Alman Hava Qüvvələri cəmi 175 ədəd hücum təyyarəsini, Fransız Hava Qüvvələrinin 176 ədəd təyyarəsini sifariş etdi. Bundan əlavə, "Alpha Jet 1B" versiyasında 33 ədəd təyyarə Belçika Hava Qüvvələri üçün istehsal edildi.

Fransa HHQ-nin "Alpha Jet E" təyyarələri

Yüngül hücum təyyarəsi "Alpha Jet" müəyyən bir üstünlüyü var idi: təyyarə F-5E, "Mirage-3E", A-104C, F-15 və F-18 təyyarələrin uça bilmədiyi daha aşağı sürətlərdə uçmağı bacarır. Bu üstünlük "Alpha Jet" pilotlarına düşmənin səsdən sürətli qırıcılarının hücumlarından qaçmasına imkan verirdi. Bu təyyarələr bucaq sürəti, viraj, üfüqi müstəvidə dönmə radiusu kimi vacib xüsusiyyətlərdə Amerika, o cümlədən NATO ölkələrinin bir çox döyüş taktiki aviasiyasını geridə qoyurdu.

Eyni zamanda, bütün səsə yaxın sürətə malik digər təyyarələrin dartı qüvvəsinin az olması, "Alpha Jet"lərdə də yüksəkliyə qalxma sürətinə görə səsdən sürətli qırıcılardan geri qalmasının əsas səbəbi idi.

Aerodrom zolağından ayrılma anından 9150 metr hündürlük qazanmaq üçün "Alpha Jet"ə təxminən 7 dəqiqə tələb olunurdu. Onun uçuş-texniki xüsusiyyətlərini nəzərə alaraq düşmən döyüş təyyarəsinin hücumlarına qarşı əsas müdafiəsinin üfüqi müstəvidə kiçik bir dönüş radiusu, son dərəcə aşağı yüksəkliklərdən istifadə və uçuş sürətinə görə geniş manevr imkanlarından ibarət olduğunu deyə bilərik.

Etibarlı və asan, təkrar olunan hidravlik nəzarət sisteminin mövcudluğu bütün sürət və yüksəklik diapazonunda çox rahat uçuş və enmə imkanlarını təmin edir. "Alpha Jet" yüksək burulğanlıq sahəsində aşağı yüksəklikdə tez-tez üçüşlar icra etdiyindən onun ehtiyat möhkəmlik əmsalı çox əhəmiyyətli idi. Maksimum möhkəmlik yükü +12 ilə -6 arasında idi. Sınaq uçuşları zamanı pilotlar dəfələrlə səsdən yüksək sürətlərdə manevrlər edirdilər, bu zaman təyyarə normal idarəetməni qoruyur, dartınmağa və ya yana çevrilməyə meyl etmirdi. Eyni zamanda döyüş bölmələrində xarici yüksüz təyyarənin maksimal sürəti 930 km/s ilə məhdudlaşırdı. Eyni zamanda manevr xüsusiyyətləri ona düşmən helikopterlərinə qarşı hücuma keçməyə və 1970-80-ci illərin NATO qırıcıları ilə döyüşdə əlavə şans verirdi.

AFR HHQ-nin "Alpha Jet" təyyarələri

Qabaqcıl düşmən hava hücumundan müdafiə sistemini aşmaq üçün "Alpha Jet A" hücum təyyarəsi pilotlarına aşağı yüksəkliklərdə uçaraq raket və zenit əleyhinə cəld sürət və istiqamət manevrləri yerinə yetirmək tövsiyə olunurdu. Təyyarəni qorumaq üçün ekipaj döyüş tapşırığından əvvəl asılan konteynerlərdə quraşdırıla biləcək passiv və aktiv REM vasitələrindən istifadə edə bilər. "Alpha Jet"də uçmağa müəssər olan hərbi pilotların sözlərinə görə, bu təyyarə əla döyüş və uçuş imkanlarına malik idi. Bu xüsusiyyətlər bir çox ölkələrin hava qüvvələrində (Fransa, Belçika, Portuqaliya, Misir, Mərakeş; digər ölkələr onun təlim təyyarəsi kimi istifadəsini davam etdirir) təyyarələrin uzun müddət xidmətini təmin edib.

"Alpha Jet" hücum təyyarəsinin döyüş zədələnmələrinə qarşı müqaviməti çox yaxşı idi. Yaxşı düşünülən təcrübəli gövdə, təkrarlanan hidravlik idarəetməyə nəzarət sistemi və gövdənin hər iki tərəfinə paylanan mühərriklər hava limanına təkrar qayıtmaq üçün şansları artırırdı.

Yüngül hücum təyyarəsi "Alpha Jet" dizayn xüsusiyyətləri

Yüngul tökmə metal gövdəli hücum təyyarəsi "Alpha Jet" normal aerodinamik konfiqurasiyaya və yüksək oxşəkilli qanad formasında hazırlanıb. Mühərriklər bir birindən aralıda fyuzelajın mərkəzində yerləşır. Fyuzelajın yan tərəflərində hava girişləri mövcuddur.

Ekipajın kabinəsi iki yerlidir (bu variantda fransızlar israr edirdilər), ekipaj bir-birinin ardınca oturur. Arxa kreslo ekipajın ikinci üzvünü müstəqil şəkildə geniş görünüş sahəsinə sahib olması məqsədilə öndəki kreslodan nisbətən yuxarı yüksəklikdə quraşdırılıb. Fransız təyyarələri ən azı 166 km/saat sürətdə ekipaja katapult etməyə imkan verən "Martin Baker Mk.4" kresloları ilə, alman təyyarələri isə sıfır sürətdə belə katapult imkanı verən "Stensel SIIIS" kresloları ilə təchiz olunurdu.

Yüngül hücum təyyarəsinin "Alpha Jet" şassisi burun dayağı da daxil olmaqla üç dayaqlı idi. Bütün şassi dayaqları tək təkərli, çalışma mexanizmi isə hidravlik idi. Ön dayaq sağ fyuzelaja, digər iki arxa dayaqlar isə hava giriş kanallarına çəkilirdi. Şassilərin dizaynı və təyyarənin texniki xüsusiyyətləri onu torpaq örtüklü aerodromlara da eniş etməyə imkan berirdi. Mütəxəssislər, "Alpha Jet"lərin ön xəttə daha yaxın ərazilərə enmək, davamlı aerodrom dəyişə bilmə qabiliyyətini daim yüksək dəyərləndiriblər. Normal uçuş çəkisi ilə sürətlənmə məsafəsinin uzunluğu 430 metr, enmə məsafəsi isə 500 metr idi. Bundan başqa, Alman hava qüvvələri üçün nəzərdə tutulan "Alpha Jet A" yüngül hücum təyyarələri əlavə olaraq təcili dayanmaq üçün "çəngəl" ilə təchiz olunurdu. Bu texniki yenilik təyyarənin enmə məsafəsini minumuma qədər azalmasına səbəb oldu.

Yüngül hücum təyyarəsinin silahlanlanması olduqca müxtəlif idi və həll edəcəyi vəzifələrin xarakterindən asılı idi. Təyyarənin döyüş yükü 5 asqılı qovşaqda 2500 kiloqramdır. Fyuzelaj altı asqıda Fransa istehsalı 30 mm DEFA 553 (150 ədəd mərmi, atəş sürəti 1300atəş/dəq) və ya Almaniya istehsalı 27 mm "Mauser BK27" (120 ədəd mərmi, müxtəlif atəş surəti - 1000/1700 atəş/dəq), bundan başqa burada 12,7 mm-lik iki pulemyot (hər lülə üçün 250 mərmi) olan konteyner də quraşdırıla bilər. Digər dörd asqıda isə 2 ədəd AIM-9 "Sidewinders" idarəolunan "hava- hava" raketləri və 2 ədəd AGM-65 "Mavericks" idarəolunan "hava-yer" raketləri, 400 kq sərbəst enən bomba, həmçinin yandırıcı bomba, kaset sursatları, 70 mm çaplı idarə olunmayan raketlər, napalm çənləri, çəkilən hədəflər və ya 310 litr həcmli yanacaqdoldurma çənləri quraşdırıla bilər.

Nigeriya HHQ-nin "Alpha Jet" təlim-döyüş təyyarələri

Silahlanmasının müxtəliliyini və çəkisinin 30%-ə qədər silah-sursat şəklində döyüş yükünü malik olmasını nəzərə alan ekspertlər hesab edirlər ki, yüngül Almaniya hücum təyyarələri döyüş meydanında müxtəlif çeşidli hədəflərin məhv edilməsində uğurla istifadə oluna bilər. Yüngül hücum təyyarəsi "Alpha Jet" həm döyüş meydanında, həm də düşmən müdafiəsinin taktiki dərinliyində stasionar və hərəkət edən hədəfləri müvəffəqiyyətlə məhv edə bilər. Onlar quru qoşunlarının hücumunu havadan dəstəkləyə, döyüş meydanını təcrid edərək düşməni ehtiyat qüvvə və maddi vəsaitlərini döyüş meydanına daxil etmək imkanlarını məhdudlaşdıra, ön xəttdə kəşfiyyat apara və aşkarlanan hədəflərə zərbə endirə bilər. Təyyarə həmçinin düşmən helikopterlərini ələ keçirmək üçün və taktiki raketlərin start mövqelərinə, radar stansiyalarına, hava limanlarına, rabitə qovşaqlarına, YSM, silah, sursat və ərzaq anbarlarına zərbə endirmək üçün istifadə oluna bilər.

"Alpha Jet"lərin texniki xüsusiyyətləri:

Ölçülər: uzunluğu - 13,23 m, hündürlüyü – 4,19 m, qanadlar arası məsafə - 9,11 m, qanad sahəsi - 17,5 kvadrat metr.
Boş təyyarənin çəkisi 3515 kq.
Normal uçuş çəkisi 5000 kq.
Maksimum uçuş çəkisi 7500 kq.
Güc qurğusu - 2 TRD SNECMA/“Turbomeca Larzac”, çəkmə qüvvəsi 2x1350 kq (forsajsız).
Uçuşun maksimal sürəti təqribən 1000 km/saat (yerə yaxın).
Maksimum qalxma dərəcəsi 2700 m/dəq.
Uçuşun praktiki məsafəsi 3000 km-dir.
Praktiki yüksəklik 13700 metrdir.
Silahlanma - 1x27 mm “Mauser BK27” (120 atış) aviasiya topu
Döyüş yükü – 5 asqıda 2500 kq: "hava-hava" və "hava-yer" idarəolunan raketləri, bombalar, idarəolunmayan raketlər, top və pulemyot silah-sursatlı konteyner.
Ekipaj: 1-2 nəfər.

Araşdırma Yuferyev Sergeyin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Alpha-Jet   Hücum-təyyarələri  

Yüngül reaktiv hücum təyyarələri - “Alpha Jet” (ARAŞDIRMA)

2018/02/456456_1518435188.jpg
Oxunub: 2675     19:22     12 Fevral 2018    