Britaniya sualtı atom gəmilərinin yaradılmasını təxirə salacaq

2018/02/656_1518433996.jpg
Oxunub: 4470     19:11     12 Fevral 2018    
Böyük Britaniya Silahlı Qüvvələri komandanlığı vəsaitlərə qənaət etmək niyyəti ilə “Astute” tipli raket-torpeda silahlanması ilə təchiz edilən 7-ci və 8-ci sualtı atom gəmilərinin yaradılmasını təxirə salmaq niyyətindədir.

Ordu.az “Daily Express” nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Ekspertlərin fikrincə, sualtı gəmilərin yaradılmasının təxirə salınması Britaniya ordusunun pitensialına ciddi şəkildə təsir edəcək.

Qeyd edək ki, gəmilərin tikintisinin təxirə salınması ilə Britaniya hərbi donanmasının silahlanmasında 6 ədəd “Astute” tipli sualtı gəmi olacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Astute  


Bizi "telegram"da izləyin