“Moskva İranın Palmiradaki hərbi bazasından xəbərsizdir” – Boqdanov

2018/02/000_Nic630736135345_1518432611.jpg
Oxunub: 4082     18:48     12 Fevral 2018    
“Rusiya Xarici İşlər Nazirliyinin İranın Suriyanın Palmira şəhəri yaxınlığında hərbi bazasının olması barədə məlumatı yoxdur”.

Ordu.az “Sputnikə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN müavini Mixayl Boqdanov bəyan edib.

O, İranın Palmirdəki hərbi bazası haqda Moskvanın xəbəri olub-olmaması barədə verilən suala “xeyr, mənim belə bir məlumatım yoxdur” ifadələri ilə cavab verib.

“Biz hər kəsi sakitləşməyə, region ölkələrində baş verə biləcək çox təhlükəli tədbirlərdən qaçmağa çağırırıq”, - deyə Boqdanov əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-Suriya   Hərbi-baza  


Bizi "telegram"da izləyin