Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
“ABŞ təyyarələrinin və donanmasının regionda güclənməsi regional müstəvidəki mübahisələri daha da qızışdıra bilər. Zənnimcə bu olduqca riskli oyundur. Birləşmiş Ştatlar sadəcə Şimali Koreyaya deyil, həm də Cənubi Çin dənizinə diqqətini cəmləyir. Halbuki həmin regiondakı mübahisələrin həlli ilə bağlı Çin Cənub-şərqi Asiya Dövlətləri Assosiasiyası ilə danışıqlar aparır”, - deyə Lavrov qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az