NATO-ya qoşulmaq özgələrin müharibəsi üçün döyüşməkdir? - Monteneqrodan soruşun

2018/02/1058832838456456_1518426738.jpg
Oxunub: 1881     17:54     12 Fevral 2018    
Monteneqro Müdafiə və Təhlükəsizlik Şurası NATO-nun sülhməramlı missiyasının bir hissəsi kimi Kosovo və Əfqanıstana ən azı 40 əsgər göndərib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, Monteneqro ordusu ilk dəfə Əfqanıstana 2010-cu ilin martında kontingent göndərib. O, bununla Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstək verən 44-cü qeyri-NATO dövləti oldu. Monteneqro hazırda Avropa İttifaqının Somalinin su ərazisində aparılan Atalanta Əməliyyatında da iştirak edir. Bundan başqa bir nəfər Monteneqro zabiti Aİ-nin Malidəki təlim missiyasındadır.

Bu illər ərzində Monteneqro Silahlı Qüvvələri Əfqanıstanda itki verməyib. Taliban silahlıları 2010-cu ildə Macarıstan kontingentinin karvanına hücum edərkən Monteneqro əsgərləri də həmin karvanda idi. Hadisədə bir macar əsgər həlak oldu, 3 macar isə yaralandı. Lakin monteneqrolular xəsarət almadan aradan çıxmağı bacardılar. 2011-ci ildə 40 yaşlı Monteneqro zabiti müntəzəm sağlamlıq yoxlamalarından keçməsinə rəğmən ürək tutmasından vəfat etdi. 2017-ci ilin dekabrında Əfqanıstandakı bir nəfər monteneqrolu qulluqçu monqol kontingentindən bir əsgərin həyatını xilas etdiyinə görə mükafatlandırıldı.

2009-cu ildə Monteneqro siyasi müxalifəti Əfqanıstana qoşun göndərilməsinin əleyhinə səs verdi. Onlar qoşunların az riskli missiyalarda iştirak edəcəklərinə inanmırdılar.

Monteneqrolu siyasi təhlilçi Damcanoviç xəbərdarlıq edib ki, hətta ölkə NATO-ya daxil olmadan öncə də, ölkənin əsgərləri NATO-nun qlobal missiyalarında qatılmağa sövq ediləcək.

“Bu ölkəmiz üçün faydasızdır. Əfqanıstana qoşun göndərmək təkcə onların həyatını təhlükəyə atmaq deyil. Bu bütövlükdə Monteneqro əhalisinin riskə atılmasıdır. Çünki, əgər terrorçular nə vaxtsa, qisas almaq meylinə düşsələr, biz də onların hədəflərindən biri olacayıq”, - deyə analitik bildirib.

Monteneqronun əsgər göndərməsi ilk deyil. Lakin bu dəfə ilk dəfə olaraq NATO-nun missiyasında iştirak ediləcək və ilk dəfədir ki, Kosovoya əsgər göndərilib. Monteneqro 2008-ci ilin oktyabrından Kosovonun müstəqilliyini tanıyır. O zamanlar Belqrad rəsmiləri Monteneqronun bunu etməklə Serbiyanı arxadan bıçaqladığını bildirmişdi.

Damcanoviç bildirir ki, Kosovaya əsgər göndərilməsi bu bıçağı daha da dərinə endirir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Monteneqro   NATO  


Bizi "telegram"da izləyin