Hindistan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi dəniz qüvvələri 2018-ci il çərçivəsində Fars körfəzində ilk dəfə birgə təlimlər keçirəcək.
Ordu.az “Times of India” nəşrinə istinadən xəbər verir ki, bu təlimlər Hindistan baş naziri Narendr Modinin BƏƏ-yə səfəri çərçivəsində müzakirə edilib.
Bununla Hindistan döyüş gəmiləri Fars körfəzində ilk dəfə təlim keçirmiş olacaq, daha öncə Hindistan Hərbi Dəniz Qüvvələri körfəzin akvatoriyasında təlim keçirməyib.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Hindistan
BƏƏ
Təlimlər