Yarı dolu stəkan: NATO-nun şərq qanadında çəkindirmənin gücləndirilməsi

2018/02/x1518138375887_1518421044.jpg
Oxunub: 2131     15:36     12 Fevral 2018    
ABŞ-ın sabiq prezidenti Barak Obamanın Tallinin mərkəzində 300 minlik kütlənin qarşısında çıxış edərək NATO-nun pribaltika ölkələrinin xarici aqressorlara qarşı müstəqilliyini heç vaxt itirməməsini zəmanətə almalı olduğunu bildirməsindən üç il yarım vaxt keçib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu ifadələr NATO-ya üzv ölkələrin əksəriyyətində müdafiə rəsmilərinin alyansın şərq qanadındakı müharibəyə hazırlıq vəziyətini araşdırmağa təşviqedici ifadələr idi.

O vaxtdan sonra Birləşmiş Ştatlar və əsas müttəfiqlər Şimal-şərqi Avropada NATO və Rusiya arasında mövcud olan hərbi gücün qeyri-balanslı vəziyyətini aradan qaldırmaq üçün bəzi addımlar atıb. NATO-nun 2016-cı il Varşava Sammitində qəbul edilən tədbirlərlə nəticələnən Birləşmiş Ştatların Avropa Etibarlılıq/Çəkindirməçilik Təşəbbüsü nəzdindəki addımlar NATO-nun Rusiyadan doğan təhdidlərə cavab vermə qabiliyyətini əhəmiyyətli dərəcədə artırdı. Bunlardan ən əsasları aşağıdakılardır:

- 4 çoxmillətli birləşmiş silahlı döyüş qrupları – hər birində çoxsaylı NATO üzvlərinin iştirak etdiyi və Almaniya, Britaniya, Kanada və Birləşmiş Ştatlardan batalyonların rəhbərlik etdiyi bu qruplar hazırda Baltik ölkələri və Polşada yerləşdirilib.

- NATO-nun Çox Yüksək Hazırlıqlı Birgə Tapşırıq Qüvvələrinin yaradılması təkmilləşdirilmiş təlim proqramı ilə birləşdirildi.

- Niderland, Belçika və Almaniyada əvvəlcədən fəaliyyət göstərən ABŞ briqadaları və dəstək mülklərinə əlavələr edilməsi planı

Mərkəzi Avropada davamlı olaraq mövcud olan rotasiyalı olaraq yerləşdirilmiş ABŞ zirehli briqada döyüş komandaları

- Avropa miqyasında hərbi güclər üçün hərəkət azadlığını və sürətli yerləşmə imkanlarını artırma səyləri.

Lakin bəzi təhlilçilər NATO-nun qarşıdakı illərdə kollektiv şəkildə bəzi yeni tədbirlər görə biləcəyini düşünürlər. Bu tədbirlərə əsasən aşağıdakılar aid edilir:

NATO bölgədəki quru qüvvələrini gücləndirməyə davam etməlidir;

Amerikanın müttəfiqləri yeni addımlar atmalı və oynadıqları rolu artırmalıdırlar;

NATO ən müasir yer-hava raket sistemlərini məhvetmə imkanlarını artırmalıdır;

NATO-nun özünün HHM sistemlərinin də inkişafa ehtiyacı var;

NATO qüvvələri hərbi peyklər üzrə hücumlara hazır olmalıdır. Onlar kəşfiyyat, kommunikasiya və mövqe tutma, naviqasiya və zamanlama üçün əhəmiyyətlidir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Şərqi-Avropa  


Bizi "telegram"da izləyin