Ordu.az “Second Line of Defense” nəşrinə istinadən xəbər verir ki, bu barədə “American Foreign Policy Council” analitik mərkəzinin rəhbəri Stiven Blank bəyan edib.
“NATO Ukrayna nəqliyyat vasitələrindən qoşunların sürətli şəkildə Qərbdən Mərkəzi Avropa və Polşaya yerləşdirilməsi üçün istifadə edə bilərdi. Belə bir addım həm NATO, həm də Kiyevin Moskva üçün aydın siyasi siqnal verməsinə səbəb ola bilərdi”, - deyə Blank bildirib.
Qeyd edək ki, daha öncə Macarıstan Brüsseldə nazirlər səviyyəsində keçirilən görüşdə Ukrayna-NATO komissiyasını bloklayıb.
Ağalar Qəribov
Ordu.az