Ordu.az Lenta.ru-ya istinadən xəbər verir ki, görüntülər Rusiya Müdafiə Nazirliyinin “VKontakte” sosial şəbəkəsində hesabında yerləşdirilib.
Daha öncə Rusiya Aerokosmik Qüvvələri HHM-RƏM birləşməsi komandanlığının rəisi, polkovnik Andrey Prixodko bəyan edib ki, sınaqlar çərçivəsində raket tapşırığı yerinə yetirib və hədəfi dəqiqliklə məhv edib.
“Onun taktiki-texniki xüsusiyyətləri, fəaliyyət məsafəsi, dəqiqliyi, istifadə müddəti hazırda silahlanmada olan atəş vasitələrini əhəmiyyətli dərəcədə qabaqlayır”, - deyə Prixodko bildirib.
Qeyd edək ki, yeni sistem HHM-RƏM birləşməsinin silahlanmasındadır və Moskvanın hava hücumlarından müdafiəsini təmin edəcək.
Ağalar Qəribov
Ordu.az