Mettis Canikli ilə görüşəcək - Gündəm Münbic

2018/02/645x425-turkish-and-american-military-officials-start-meeting-daily-15184114902287567_1518418058.jpg
Oxunub: 2471     14:45     12 Fevral 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettis Türkiyə və ABŞ rəsmilərinin gündəlik görüşlərə başladığını bildirib.

Ordu.az “Daily Sabah”a istinadən xəbər verir ki, dünən Brüsselə gedən Mettis proqrama əsasən türkiyəli həmkarı Nurəddin Canikli ilə görüşəcək.

Mettis ABŞ-ın raketdən müdafiə və terrorizmlə mübarizədə Türkiyəyə yardım etdiyini bildirsə də, İŞİD-i necə məğlub etmə mövzusunda bəzi anlaşmazlıqların olduğunu etiraf edib.

“Lakin onların (Türkiyə) Suriya sərhədi boyunca legitim təhlküəsizlik qayğıları var və biz bunların heç birini inkar etmirik”, - deyə Mettis bildirib.

Qeyd edək ki, Türkiyənin Münbiclə bağlı səsləndirdiyi ifadələrdən sonra ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri general H.R. Makmaster Tramp administrasiyası iqtidara gəldikdən sonra ilk dəfə olaraq dünən Türkiyəyə səfər edib. Bundan başqa ABŞ Dövlət Katibi Reks Tillersonun da gələn həftə Ankaraya səfəri planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ   Münbic  


Bizi "telegram"da izləyin