Ordu.az “Associated Press” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.
Nazirin fikrincə, indi Olimpiadanın gərginliyin azalması və KXDR-lə münasibətlərin inkişafına səbəb olması barədə danışmaq hələ tezdir.
Fevralın 8-də Pxenyanda keçirilən hərbi parad barədə danışan Mettis qeyd edib ki, bunun siqnal olub-olmağını bilmir.
“Həqiqətən də qəribə vaxt seçilib. KXDR lideri dəfələrlə ABŞ-ın marioneti olmaqda günahlandırdığı ölkə ilə münasibətlərinin yaxşılaşdığını nümayiş etdirməyə çalışır”, - deyə Mettis bildirib.
Ağalar Qəribov
Ordu.az