ABŞ Argentinada yeni hərbi baza tikəcək

2018/02/345345_1518414983.jpg
Oxunub: 2819     13:53     12 Fevral 2018    
Argentina prezidenti Maurisio Makri ABŞ-ın Narkotika ilə Mübarizə İdarəsi (NMİ), Federal Tədqiqatlar Bürosuna (FTB) və Pentaqona ölkə daxilində fəaliyyətini genişləndirməyə icazə verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunun nəticəsində ABŞ Argentinanın Braziliya və Paraqvayla sərhəd olan şimal hissəsində yeni hərbi baza tikəcək.

Argentina rəsmilərinin məlumatına görə, ölkə rəhbərliyi Paraqvay, Braziliya və ABŞ-la birlikdə narkotik qaçaqmalçılığı ilə mübarizə üçün yeni analiz mərkəzi yaradır. Bundan başqa iki ölkə həm də Livanın Hizbullah qruplaşmasının regiondakı qalıqlarına qarşı mübarizəni gücləndirməklə bağlı da razılaşıblar. Qeyd edək ki, ABŞ qruplaşmanı terrorçu təşkilat kimi tanıyır.

“Bizim ABŞ-la, onların da bizlə birlikdə işləməsi çox vacibdir. Biz üç ölkənin sərhədində terrorizmə qarşı birlikdə mübarizə aparacayıq”, - deyə məlumatda bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Argentina   Hizbullah  


Bizi "telegram"da izləyin