Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, aviadaşıyıcının komandiri kapitan Cerri Kayd bu fikirləri səsləndirib:
“2015-ci ildə SDSR-də sürətləndiyi halda F-35-in alınmasında çətinlik çəkirik. Buna görə də 2020-ci ildə ilkin əməliyyat qabiliyyəti aşağı ola bilər. Əvəzində onun yerini helikopterlərlə dolduracağıq. Bunun sayı 2021-ci ildə ilk qəbul edilməyə neçə ədəd ABŞ F-35-nin hazır ola biləcəyinə uyğun müəyyən ediləcək. Lakin 2023-cü ildə biz 24 ədəd Britaniya qırıcısını göyərtəyə əlavə etməyi planlaşdırırıq. Sonrasını söyləmək üçün isə çox tezdir”.
Bu vaxt ərzində Britaniya 42 ədəd F-35 təyyarəsi qəbul edəcək. Bunların 24-ü ön cəbhə üçün, 18-i isə təlim məqsədilə ehtiyatda saxlanılacaq.
Adətən bu genişlikdə bir gəmi üçün tramplindən istifadə edən F-35B-lərin adi formada enib-qalxması uyğun olur. F-35B-lərin şaquli formada enib-qalxma imkanına malik olsa da, bu metodla istifadə edilən enib-qalxmalar zamanı təyyarənin yük götürmə qabiliyyəti məhdudlaşır.
Ağalar Ağalarlı
Ordu.az