Misir ordusu Sinayda terrorçuları bombardman edib

2018/02/aac65_1518257603.jpg
Oxunub: 3456     18:09     10 Fevral 2018    
Misir ordusunun dünən başlatdığı “Sinay 2018” əməliyyatları çərçivəsində yarımadada fəaliyyət göstərən terrorçulara ağır zərbələr endirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Misir Silahlı Qüvvələri Sinayın mərkəz və şimal hissəsində terrorçulara aviazərbələr endirildiyini bildirib.

Ordunun mətbuat katibi Tamər Əl-Rəfi əsasən silah, sursat, depolar və logistik dəstəyin hədəf alındığını və strateji hava fəzasını təhlükəsizliyinin təmin edildiyini bildirib.

Qeyd edək ki, “Sinay 2018” Misir Silahlı Qüvvələrinin bu vaxta qədər öz ərazisindəki terrorçulara qarşı apardığı ən genişmiqyaslı əməliyyatdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir-Ordusu   Sinay   İŞİD  


Bizi "telegram"da izləyin