Tillerson: “Türkiyə ABŞ-ın dəstəklədiyi qüvvələrə qarşı əməliyyatlar keçirir”

2018/02/104752265-RTS1F45X-rex-tillerson456456_1518252807.jpg
Oxunub: 3622     16:51     10 Fevral 2018    
“Vaşinqton Ankaradan Suriyanın Afrin bölgəsində hərbi aktivliyi məhdudlaşdırmağı xahiş edib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.

O qeyd edib ki, bu məsələ ilə bağlı yaxın günlərdə Ankaraya səfər edəcək.

Tillersonun sözlərinə görə, o, Türkiyənun Suriya ilə sərhəddə baş verən hadisələrə görə narahatçılığını anlayır, lakin dinc insanlar barədə də düşünmək lazımdır.

“Türkiyə Afrində Vaşinqtonun dəstəklədiyi YPG qüvvələrinə qarşı hərbi əməliyyatlar keçirir. Bu əməliyyatların məhdudlaşdırılması zəruridir”, - deyə Tillerson bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tillerson   Türkiyə-ABŞ   Afrin-əməliyyatı  


Bizi "telegram"da izləyin