SQQ Həma və Hələb vilayətlərini İŞİD-dən azad edib

2018/02/345345_1515419269567567_1518251205.jpg
Oxunub: 1515     16:25     10 Fevral 2018    
Suriya Quru Qoşunları Həma və Hələb vilayətlərini bütövlükdə İŞİD-dən azad etməyə nail olub.

Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusunun komandanlığı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Suriya ordusu öz müttəfiqləri ilə birgə Həma, Hələb və İdlib vilayətlərində xeyli sayda yaşayış məskəni və qəsəbəni İŞİD terrorçularından azad edib.

“Bu, strateji uğurdur, belə ki, İdlib və Həma vilayətləri İŞİD qruplaşmasından azad olunub və Hələb vilayətinin cənubunda “Ən-Nüsra Cəbhəsi” hərbçilərinin böyük əksəriyyəti məhv edilib”, - deyə bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   İŞİD   SQQ  


Bizi "telegram"da izləyin