Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Varşavada keçirilən birgə mətbuat konfransında Polşa və Estoniyanın xarici işlər nazirləri Yatsek Çaputoviç və Sven Mikser bəyan ediblər.
“Ukraynanın şərqində baş verən hadisələrdən sonra NATO-nun cavabı sürətli və dəqiq oldu. Lakin bu prosesi mükəmməl adlandıra bilmərik, müəyyən problemlər var və bu, aydındır. Önəmli olan yalnız quru qoşunları deyil, digər sahələr, xüsusən də hərbi dəniz qüvvələrinə diqqətin artırılmasıdır”, - deyə Mikser bildirib.
Çaputoviç isə qeyd edib ki, Polşa və Estoniyanın təhlükəsizlik məsələlərində prioritetləri Brüsselda baş tutacaq NATO sammitində qəti tədbirlərlə bağlı qərarların qəbul edilməsinə nail olmaqdır.
Ağalar Qəribov
Ordu.az