Pentaqon Kalininqradda “İsgəndər”lərin yerləşdirilməsindən narahatdır

2018/02/1bdcc01d092d457645_1518245103.jpg
Oxunub: 3518     14:44     10 Fevral 2018    
“Rusiya Kalininqradda “İsgəndər”ləri yerləşdirməklə stabilliyi pozan addım atdı”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Con Maykl bəyan edib.

Onun sözlərinə görə, Kalininqradda “İsgəndər”lərin yerləşdirilməsi Rusiya və Baltikyanı region ölkələri və Rusiya ilə NATO arasında gərginliyin eskalyasiyasına səbəb olur.

Qeyd edək ki, daha öncə Rusiya Müdafiə Nazirliyi Kalininqrad vilayətində “İsgəndər”lərin yerləşdirilməsini NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə qədər yaxınlaşması ilə əlaqədar olduğunu bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Kallinqrad   İsgəndər  


Bizi "telegram"da izləyin