Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ən çox itki verən ölkələr ABŞ, Böyük Britaniya və Kanadadır.
Ölənlərin 2408-i amerikalı, 455-i britaniyalı, 158-i kanadalıdır.
Məlumata görə, müharibənin ilk ilində sadəcə 12 ABŞ əsgəri həlak olub.
Növbəti illərin ölüm statistikası aşağıdakı kimidir:
2002: 70
2003: 58
2004: 60
2005: 131
2006: 191
2007: 232
2008: 295
2009: 521
2010: 711
2011: 566
2012: 402
2013: 161
2014: 75
2015: 27
2016: 16
2017: 17
2018: 1
Statistikaya görə, Hilmənd (957) və Qəndəharda (561) nisbətən daha çox xarici qüvvə öldürülüb, Kabil (191) üçüncü yerdədi. Mənbə qeyd edir ki, 2012-ci il sentyabr ayınadək 17000-dən çox ABŞ qüvvələri yaralanıb, lakin koalisiya qüvvələrinin yaralılarının dəqiq sayı məlum deyil.
Ağalar Ağalarlı
Ordu.az