Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Trampın sözlərinə görə, qəbul edilən yeni qanun ABŞ-ın büdcəsini daha qüvvətli edəcək.
“Artıq amerikalı hərbçilər dünyanın müxtəlif hissələrində ən çətin tapşırıqları icra etmək imkanı qazanacaqlar”, - deyə Tramp bildirib.
Yeni qanuna əsasən, 2018-ci ildə ABŞ ordusuna 80 milyard dollar vəsait ayrılıb. 2019-cu ildə isə bu məbləğ daha 5 milyard dollar artacaq.
Ağalar Qəribov
Ordu.az