İsrail HHQ Suriyadakı İran hədəflərinə zərbələr endirib

2018/02/081112-f-7823a-960324_1518240487.jpg
Oxunub: 2525     13:25     10 Fevral 2018    
Suriya ərazisindən İsrail hava fəzasına daxil olan İran dronu vurulduqdan sonra İsrail Hərbi Hava Qüvvələri qarşılıq vermək üçün Suriyadakı İran hədəflərinə zərbələr endirib.

Ordu.az “Jerusalem Post”a istinadən xəbər verir ki, heç bir insan tələfatı baş verməyib.

Hava hücumlarının Colan təpələrində və Beyit Şanda Suriyanın aktivləşməsindən dolayı həyata keçirildiyi bildirilib. Məlumata görə, hücumdan əvvəl yerli sakinlər xəbərdar edilərək sığınacaqlara köçmələri istənilib.

“İsrail Müdafiə Qüvvələri İsrail hava fəzasına daxil olmağa və İsrailin suverenliyini pozmağa çalışanlara qarşı əməliyyatlara davam edəcək”, - deyə İMF-nin mətbuat katibi bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail-İran   Suriya-böhranı  


Bizi "telegram"da izləyin