Ordu.az “Jane's Defence Weekly” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
“Donq-Diao” tipli ilk “Tip-815” Çin Xalq Azadlıq Ordusuna 1999-cu ildə təhvil verilib. Yaxşılaşdırılmış ikinci gəmi olan “Tip-815A” silahlanmaya 2010-cu ildə qəbul edildi. “Tip-815A” variantında daha 7 gəmi donanmaya son 4 il ərzində təhvil verilib. Son iki gəminin suya buraxılışı 2017-ci ilin sentyabr ayında baş tutub. Onlardan biri bu yaxınlarda artıq donanmaya qəbul ediləcək.
9-cu gəminin suya buraxılmasından sonra şirkət onun avadanlıqlarla təchizatını davam etdirəcək.
Qeyd edək ki, gəminin uzunluğu 130 metr, maksimal eni isə 16 metr təşkil edir.
Ağalar Qəribov
Ordu.az