“Airbus Helicopters” H145M-ləri ABŞ ordusuna təklif edə bilər

2018/02/received_2470699819822838_1518195870.jpeg
Oxunub: 2193     01:05     10 Fevral 2018    
“Airbus Helicopters” H145M-in silahlanmış versiyasını ABŞ ordusuna sata biləcəyini düşünür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şirkətin əməliyyat satış müdiri Kristian Fançini bildirib.

Onun sözlərinə görə, bu helikopterlər hazırda köhnəlmiş vəziyyətdə olan Oh-58 “Kiowa Warrior” helikopterlərini əvəzləyə bilər.

Qeyd edək ki, ABŞ ordusu artıq “Airbus Helicopters”in məhsullarından istifadə edir. Onun inventarındakı UH-72 “Lakota” helikopterləri bu kompaniyanın istehsalıdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus-Helicopter   ABŞ  


Bizi "telegram"da izləyin