Ordu.az xarici KV-lərə istinadən xəbər verir ki, Çin daxilində fəaliyyət göstərən bəzi qrupları öz təhlükəsizliyinə hədə kimi görür. Həmin qrupların Əfqanıstandakı terrorçularla əlaqəsinin olduğu istisna edilmir.
Çərşənbə axşamı Senatın Xarici Əlaqələr komitəsinin üzvləri ABŞ-ın Əfqanıstandakı strategiyası ilə bağlı Müdafiə nazirinin Asiya və Sakit Okean İşləri üzrə köməkçisi Randal Şriverə suallar ünvanlayıblar.
“Düşünürəm ki, terrorizmlə mübarizədə Çinlə partnyor ola bilərik. Onların da Çin daxilində terrorizmlə bağlı qayğıları var. Çindəki və Əfqanıstandakı terrorçu qruplar arasında əlaqənin olması ehtimalı böyükdür. Tarixi olaraq biz bəzi çətinliklərdən keçmişik. Onların əsasən Çin daxilində terrorçu anlayışları ilə bizimki arasında əhəmiyyətli fərq var. Lakin onlar da Əfqanıstanın sabitliyində maraqlıdırlar”, - deyə Şriver bildirib.
Ağalar Ağalarlı
Ordu.az