Moldova ordusu NATO təlimlərində iştirak edəcək

2018/02/653_1518185074.jpg
Oxunub: 3324     21:53     09 Fevral 2018    
Moldova Milli Ordusunun 60 zabit, gizir və əsgərdən ibarət heyəti NATO-nun Rumıniyada keçiriləcək çoxmillətli təlimlərdə iştirak edəcək.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rumıniyanın “Babadag” poliqonunda fevralın 11-dən 17-dək keçiriləcək “Platinum Eagle 18.1” təlimlərində həmçinin 12 ədəd hərbi texnikadan da istifadə olunacaq.

Təlimlərdə Moldova əsgərləri bolqar, gürcü, rumın, ukraynalı və amerikalı əsgərlərlə birgə manevrlərdə iştirak edəcəklər.

Təlimlərin məqsədi müttəfiqlərin qüvvələri arasında qarşılıqlı anlaşmanın yüksəlməsi, birgə təlim imkanlarının artırılması və regional qoşunların inkişafıdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Rumıniya   NATO  


Bizi "telegram"da izləyin