Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə nümayəndəsi Zamir Kabulov bəyan edib.
“Təəssüf ki, hazırda Vaşinqtonun belə planları özünü açıq-aydın göstərir”, - deyə Zabulov bildirib.
O qeyd edib ki, Pentaqon 2023-cü ilədək Əfqanıstan Hərbi Hava Qüvvələrinin inkişaf planının müzakirə zamanı Rusiya helikopterlərinin qiymətində təhriflərə yol verib.
“Bu yaxınlarda aydın oldu ki, Senatda qeyd edilən proqramın müzakirəsi çərçivəsində “Mi” tipli Rusiya helikopterlərinin qiyməti və xüsusiyyətləri barədə məlumatlar təhrif edilib”, - deyə Kabulov qeyd edib.
Rusiya prezidentinin Əfqanıstan üzrə nümayəndəsi əlavə edib ki, bütün Rusiya aviatexnikasının Amerika nümunələri ilə əvəzlənməsinə dair proqramı Vaşinqton 2017-ci ilin iyununda təsdiq edib.
“Halbuki onların əfqanlara satdıqları maşınlar texniki istifadə parametrlərinə görə bizim nümunələrdən xeyli geri qalır”, - deyə Kabulov vurğulayıb.
Ağalar Qəribov
Ordu.az