Misir Sinayda antiterror əməliyyatlarına başlayıb

2018/02/46452423465_1518176903.jpg
Oxunub: 2728     19:46     09 Fevral 2018    
“Misir ordusu və polisi bu gün irimiqyaslı antiterror əməliyyatına başlayıb”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, polkovnik Tamer Rifai bəyan edib.

“Əməliyyat Sinay yarımadası, o cümlədən radikal terrorçuların yayıldığı digər bölgələrdə - Nilin deltası və ölkənin qərb hissəsində yerləşən səhralıqlarda həyata keçirilir”, - deyə Rifai bildirib.

O qeyd edib ki, əməliyyat Misirin ali baş komandanı – prezident Abdül Fəttah əs-Sisinin əmri ilə başlayıb.

Başlayan əməliyyatla əlaqədar olaraq Misir Silahlı Qüvvələri bütün vətəndaşları terrorçuların aşkarlanması və məhvi üzrə əməkdaşlıq göstərməyə dəvət ediblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Sinay   Əməliyyatlar  


Bizi "telegram"da izləyin