Hindistan BƏƏ ilə ilk dəniz təlimlərini keçirəcək

2018/02/345345345_1518173832.jpg
Oxunub: 3436     18:55     09 Fevral 2018    
Hindistan gələn ay Əbu Dabi sahillərində ilk dəniz təlimlərini həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyi və Hindistan müdafiə, təhlükəsizlik, enerji, kosmos sahələri üzrə əməkdaşlıq sazişinə hazırlaşır.

Hindistan Baş naziri Narendra Modinin BƏƏ-yə ikinci səfərindən öncə iki ölkə arasında imzalanmaq üçün 12-14 razılaşmanın tərcüməsinin aparıldığı bildirilir.

“Bu göstərir ki, bizim quldurluqla mübarizədə, dəniz yollarını açıq saxlamaqda və dənizçiliyin sərbəstliyini təmin etməkdə ortaq maraqlarımız var. Ölkələrimiz sadəcə su ilə ayrılan qonşulardır”, - deyə Hindistanın BƏƏ-dəki səfiri Naudip Suri bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Hindistan   Təlimlər  


Bizi "telegram"da izləyin