Rusiya MN yeni RPK-16-ların təchizatı üzrə müqavilə imzalayıb - VİDEO
Oxunub: 3012
18:28
09 Fevral 2018
“Rusiya Müdafiə Nazirliyi RPK-16 əl pulemyotunun orduya təchizatı üzrə “Kalaşnikov” konserni ilə müqavilə imzalayıb”.
Ordu.az BMPD portalına istinadən xəbər verir ki, bu barədə “Kalaşnikov” konserninin baş direktoru Aleksey Krivoruçko bəyan edib.
O qeyd edib ki, yeni pulemyotlar AK-12 avtomatının inkişaf etdirilmiş yeni versiyasıdır. 5.45х39 millimetrlik güllələrdən istifadə edir.
“Avtomatdan fərqli olaraq avtomatik atəşin daha yüksək sıxlığı təmin edilir və həmçinin daha uzaq məsafədəki hədfləri də vurmaq mümkündür”, - deyə Krivoruçko bildirib.
Onun sözlərinə görə, yeni pulemyot Rusiya ordusunun imkanlarını əhəmiyyətli dərəcədə artırmağa qadirdir.