Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkənin bir neçə vilayətində həyata keçirilən əməliyyatlar zamanı qiyamçıların 12 bölgədəki sığınacaqları vurulub, 66 qiyamçı öldürülüb, 25-i isə yaralanıb.
Müdafiə Nazirliyi təhlükəsizlik qüvvələrindən itki barədə məlumat verməsə də, “Taliban” onlarla əsgəri öldürdüyünü iddia edib.
Ağalar Ağalarlı
Ordu.az