Ordu.az RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia bildirib.
O, BMT TŞ-nin dünən qapalı qapılar arxasında baş tutan görüşündə danışaraq heç kəsin ABŞ-ı buraya dəvət etmədiyini qeyd edib. ABŞ-ın hökumət qüvvələrinə qarşı sonuncu zərbələrinə qarşı sərt reaksiya verən səfir Suriyadakı stabillik uğrunda cəhdlərin ABŞ tərəfindən zəiflədildiyini vurğulayıb.
Bu ittihamlara cavab verən Vaşinqton isə bunun sülhə nail olmaq məqsədilə müdafiə xarakterli hücum olduğunu bildirib.
Ağalar Ağalarlı
Ordu.az