Mettis: “ABŞ öz qoşunlarını Münbicdən çıxarmaq niyyətində deyil”

2018/02/AA910F19-1E16-4DF0-B9B2-FD641930EBCF_w1023_r1_s234534_1517638257_1518162211.jpg
Oxunub: 1569     15:42     09 Fevral 2018    
“Birləşmiş Ştatlar Türkiyənin tələbi üzrə öz qoşunlarını Suriyanın Münbic ərazisindən çıxarmaq niyyətində deyil”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Türkiyənin ABŞ-a Münbiclə əlaqədar təsirinə gəlincə, vəziyyət dəyişməyib. Biz Ankaranın keçirdiyi həyəcan və narahatçılığa anlayışla yanaşırıq. Lakin indi bizim məqsədimiz İŞİD-ə təzyiq göstərməkdir”, - deyə Mettis bildirib.

Onun sözlərinə görə, ABŞ Türkiyənin Afrindəki fəaliyyətinin diqqətli İŞİD-lə mübarizədən yayındırdığından narahatdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   Münbic  


Bizi "telegram"da izləyin