Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə telefon danışığı vasitəsilə Suriya ərazisində Su-25 qırıcısının pilotu Roman Filipovun faciəli ölümü ilə əlaqədar olaraq başsağlığı verib.
Ordu.az “360” telekanalına istinadən xəbər verir ki, ölkə liderləri arasında baş tutan danışıqda digər məsələlər də müzakirə edilib.
Telefon danışığı çərçivəsində Suriyada yeni deeskalyasiya zonasının yaradılmasının və döyüş fəaliyyətləri rejiminin dayandırılmasının zəruriliyi mövzusunda fikir mübadiləsi aparılıb.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ərdoğan-Putin
Su-25