Ordu.az Vaşinqtonun “The Hill” nəşrinə istinadən xəbər verir ki, bu barədə senator Ben Kardin və konqresmen Mark Visey öz palatalarında bu mövzuda qanun layihəsinin müzakirə edilməsi çərçivəsində bəyan ediblər.
Onların sözlərinə görə, belə paradın keçirilməsi ölkə üçün onlarla milyon dollara başa gələ bilər.
“Bizim Silahlı Qüvvələrimiz dünyada ən güclüdür – silahlarımızı nümayiş etdirmək üçün heç bir zərurət yoxdur”, - deyə senator Kardin bildirib.
Qeyd edək ki, Vaşinqtonda sonuncu dəfə iri hərbi parad 1991-ci ildə Fars körfəzində baş verən müharibədə qalib gəlməklə əlaqədar olaraq keçirilib.
Ağalar Qəribov
Ordu.az