Türkiyə SQ Afrində 1062 terrorçu məhv edib

2018/02/bordo-uz23423_1518160019.jpg
Oxunub: 1399     15:02     09 Fevral 2018    
Suriyanın şimalında keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri 1062 terrorçu zərərsizləşdirib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, ötən gün ərzində davam edən əməliyyatlar çərçivəsində 34 terrorçu məhv edilib.

Öldürülənlərin YPG, PYD, PKK və İŞİD terrorçuları olduğu bildirilir.

Xatırladaq ki, gecə yarıdan sonra Türkiyə Hərbi Hava Qüvvələri Afrin şəhərində terrorçuların mövqelərinə zərbələr endiriblər.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Afrin-əməliyyatı   Zeytun-budağı  


Bizi "telegram"da izləyin